ABŞ ordusuna “Penguin” adlı PUA-lar tədarük ediləcək

“Edge Autonomy” ABŞ ordusuna açıqlanmayan sayda “Penguin” Pilotsuz Uçuş Aparatları (PUA) təhvil verəcək. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Yeni PUA kəşfiyyat, nəzarət və müşahidə missiyaları üçün istifadə olunacaq.
Şirkət müqavilənin dəyərini və tədarük ediləcək “Penguin” PUA-larının növünü açıqlamayıb.
“Penguin” PUA-ları iki konfiqurasiyada istehsal edilir. “Penguin B” və “Penguin C” hər ikisi 20 saatdan çox uçuş həyata keçirə bilir.
“Penguin B” saatda maksimum 129 kilometr sürətlə uça bilir və düşmən mühitlərdə və əlverişsiz hava şəraitində işləmək üçün nəzərdə tutulub. Sistem yüksək keyfiyyətli şəkillər çəkmək üçün qabaqcıl elektro-optik kamera ilə təchiz olunub.
“Penguin C” müşahidə, obyekt izləmə, kiçik hərəkət edən hədəfin göstərilməsi və kəşfiyyat məlumatlarının toplanması üçün nəzərdə tutulan uzun mənzilli PUA-dır.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












