ABŞ pilotsuz gəmilər hesabına Çinlə dənizdəki fərqi azaltmağa çalışır

ABŞ Hərbi Dəniz Qüvvələri sayca Çindən geri qalır və Pentaqon pilotsuz gəmilər hesabına geriləmənin yerini doldurmağa çalışır.
Bu barədə Kaliforniya ştatında Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi forumda çıxış edən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ken Kalvert deyib.
“Çin 400 gəmiyə malik olmağa yaxındır, bizdə – təxminən 290-dır. Pilotsuz gəmilərə müraciət etməyimizin səbəblərindən biri də budur. Onlar daha ucuzdur. Onlar daha çox çeviklik verir, amma yenə də daha çox gəmi qayırmağa ehtiyacımız var. Geridə qalmağımız can sıxır”, – o söyləyib.
Konqresmen həmçinin ölkəsinin bu istiqamətdə bir sıra problemlərinin də olduğunu bildirib.
“Bizim istehsalat bazası ilə bağlı problemlərimiz var, tədarük zəncirləri ilə bağlı problemlərimiz var, işçi qüvvəsi çatışmazlığı var. Bu bizə qarşıya qoyulan məqsədlərə nail olmağa imkan vermir, o cümlədən sualtı qayıqlar sahəsində”, – o vurğulayıb.
banker.az
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












