ABŞ Türkiyəyə 23 milyard dollar dəyərində “F-16”lar satacaq

ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollar dəyərində “F-16” döyüş təyyarələri, təkmilləşdirmə dəstləri və digər sistemlərin mümkün satışına icazə verib.
“Report” xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Xarici Siyasət Departamenti Türkiyə hökumətinə “F-16”ların, təkmilləşdirmələrin və müvafiq avadanlıqların təxminən 23 milyard dollarlıq potensial satışını təsdiqləyib.
Sənədə əsasən, rəsmi Ankara əvvəllər ABŞ-dan 40 yeni “F-16” almaq, mövcud olanı 79 qırıcını modernləşdirmək, həmçinin naviqasiya, rabitə də daxil olmaqla ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istəyib.
ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib.
Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












