ABŞ və Avstraliya hipersəs silahları sahəsində birgə sınaqlar keçirəcək

ABŞ Müdafiə Nazirliyi 2024-cü ildə Avstraliya hərbçiləri ilə birlikdə Avstraliyada hipersəs silahları sahəsində sınaqlar keçirməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Defence news”a Pentaqonun rəhbərinin tədqiqat və inkişaf üzrə müavini Haydi Şu bildirib.
“Biz artıq bu istiqamətdə avstraliyalılarla sıx əməkdaşlıq edirik”, - o bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə ABŞ və Avstraliya hipersəs silahları sahəsində əməkdaşlığı artırıb və birgə sınaqlar bu istiqamətdə növbəti addım olacaq.
“Defence news”un məlumatına görə, hipersəs silahları, avtonom silah sistemləri və kvant hesablamaları kimi inkişaf etməkdə olan texnologiyalar ABŞ-Avstraliya-Böyük Britaniya təhlükəsizlik tərəfdaşlığının - AUKUS-un ikinci mərhələsinin əsasını təşkil edir.
Nəşr xatırladıb ki, ABŞ və Avstraliya artıq 15 ildir ki, hipersəs uçan aparatlar sahəsində tədqiqatlar aparır.
Report
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












