ABŞ Yaponiyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Yaponiyaya təxminən 293 milyon dollar dəyərində “hava-hava” tipli raketlərin mümkün satışını təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Söhbət orta mənzilli AIM-120C-7/8 raketlərindən gedir. “Dövlət Departamenti AIM-120C-7/8 orta mənzilli “hava-hava” raketlərinin Yaponiya hökumətinə mümkün tədarükünü təsdiqləmək qərarına gəlib”, - məlumatda bildirilir.
Bundan əlavə, Tokioya raketlər üçün avadanlıqlar da çatdırılacaq. Müqavilənin ümumi məbləği 293 milyon dollar olacaq.
Pentaqon əlavə edib ki, mümkün sazişin sənədləri ABŞ Konqresinə təqdim edilib. Layihə 150 ədəd müasirləşdirilmiş AIM-120C-7/C-8 orta mənzilli “hava-hava” raketi və üç AIM-120 AMRAAM istiqamətləndirici bölmə almaq arzusunu ifadə edən Yaponiya tərəfinin sifarişi əsasında həyata keçirilir.
"Report"
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












