Abşeronda 3 nəfər bıçaqlanıb, 1-i ölüb

Sentyabrın 29-u saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Mürvət Əliyev və 1989-cu il təvəllüdlü Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 1978-ci il təvəllüdlü Rəşad Əbilovun isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı aralarında yaranmış mübahisə zamanı qeyd olunan şəxslərin bir-birinə bıçaqla xəsarətlər yetirməsi və Rəşad Əbilovun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












