Abşeronda keçmiş məhkumdan silah götürülüb - FOTO

Abşeronda 7 dəfə məhkumluq həyatı yaşayan şəxs saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının Məmmədli kəndi ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini 65 yaşlı Cənnət Məcidov saxlanılıb. Onun üzərindən bir ədəd 9 milli metrlik “Makarov” tipli tapança aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılaraq polis bölməsinə gətirilən şəxs odlu silahı 200 manata tanımadığı şəxsdən aldığını və Məmmədli kəndində satmaq istədiyini bildirib.
Qeyd edək ki, C. Məcidov 7 dəfə məhkumluq həyatı yaşayıb. Onlardan 4-ü qanunsuz olaraq silah gəzdirmə, 1-i oğurluq, 2-si isə narkotik maddələrin alqı-satqısına görədir.
Hazırda C. Məcidovun üzərində gəzdirdiyi “Makarov” tipli tapançanın hansısa bir cinayət əməlində istifadə edib-etməməsi araşdırılır.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












