Abşeronda ölüm yolu: “Həyat yoldaşım burda can verdi” - VİDEO

Abşeron rayonunun Bakı-Şamaxı yolunun 4-cü kilometrində, “Mekkalon” adlanan ərazidə yeraltı və yerüstü piyada keçidinin olmaması sakinlərin haqlı narazılığına səbəb olub. Belə ki, yüzlərlə şagirdin oxuduğu 6 nömrəli Xırdalan məktəbinin şagirdləri də daxil olmaqla yoldan keçən hər kəs burada can verməmək üçün avtomobillərlə ölüm-qalım mübarizəsi aparır.
Bəzən isə bədbəxt hadisələr qaçılmaz olur. Belə ki, ötən il ərzində burada bir neçə nəfər avtomobil vurması nəticəsində həyatını itirib. Çəkiliş etdiyimiz müddətə müsahiblərimizdən biri mikrofon önünə keçərək bildirdi ki, bir müddət əvvəl yolu keçmək istəyən həyat yoldaşını burada avtomobil vuraraq öldürüb.
Mövcud problemlə bağlı ərazidə yaşayanlar və hər gün məktəbə şagird gətirən valideynlər iki ay əvvəl kütləvi şəkildə toplanaraq keçidin tikilməsi ilə bağlı etiraz ediblər. Əraziyə gələn rayon icra nümayəndələri isə keçidin tikilməsi ilə bağlı məsələ qaldıracaqlarını bildiriblər.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin məsləhətçisi Seymur Qasımov bildirirdi ki, sözügedən yerdə yeraltı və ya yerüstü piyada keçidinin inşası ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə məlumat göndərilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qeyd edilən ərazidə piyada keçidinin inşası ilə bağlı hələ ki maliyyə ayrılmadığını bildirdi.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












