"AccessBank" vətəndaşa yenidən borc yazdı - VİDEO

Manatla kredit kartı götürdü, amma borcu dollarla hesablayıb üzərinə faiz də gəldilər. Mingəçevir sakini Esmira Hidayətova 2 il öncə "AccessBank"ın həmin şəhərdəki filialından kredit götürüb və 3 ay əvvəl borcunu tam ödəyib. Müştəriyə kredit borcunun tam ödənildiyi barədə qəbz də təqdim olunub. Lakin ötən gün ona bildirilib ki, bir neçə il əvvəl aldığı kredit kartına görə banka borcu qalıb. 140 manat məvacibin hamısı da həmin borca görə tutulub.
Esmira Hidayətova deyir ki, kredit kartını dollarla yox, manatla alıb. Sonradan ona deyilən cərimə faizini də ödəyib.
Məsələ ilə bağlı "AccessBank"dan bildirildi ki, Esmira Hidayətova kredit kartını dollarla götürüb. Onun bu kartda 67 dollar əsas borcu qalıb və üzərinə 67 dollar da cərimə gəlib. Vaxtında ödəmədiyi üçün onun 67 dollar əsas borcu, yəni 114 manat 50 qəpik hesabındakı puldan silinib. Cəriməsi isə bağışlanıb. Qalan 25 manat 50 qəpiyi isə istənilən vaxt Mingəçevir filialına yaxınlaşaraq ala bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












