ADY: Bayram günlərində ölkədaxili 15 mindən çox sərnişin daşınıb

Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 19 mart tarixindən 26 mart tarixinə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
ADY-dan Avtosfer.az-a verilən məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq bayram günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə 25 reys təyin olunub və müvafiq marşrut üzrə 12 599 sərnişin mənzil başına təhlükəsiz və vaxtında çatdırılıb.
Həmçinin Bakı-Qəbələ-Bakı marşrutu üzrə də qatarlar gündəlik qrafik üzrə hərəkətdə olub və 2806 sərnişinə xidmət göstərilib.
Ümumilikdə bayram günlərində regionlara əlavə 37 reys xəttə təyin edilib və 15 405 sərnişin səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 61% çoxdur.
Qeyd edək ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə əsasən fəaliyyət göstərib və ümumilikdə 84 311 sərnişin daşınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












