"ADY Express" "SOCAR Polymer"in məhsullarını iki ölkəyə nəql edir - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəməsi - “ADY Express” MMC Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen/polietilen məhsulunu ixrac rejimində Rusiya və Qazaxıstana nəql edir.
Bu barədə Avtosfer.az-a "ADY Express"dən bildirilib.
Məlumata görə, şirkətin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək yola salınır. Artıq 18 vaqona yüklənmiş 1 140 ton polipropilen/polietilen, 2 363 km yolu qət edərək Rusiyanın Noqinsk stansiyasına çatdırılıb. Mart ayının axırına qədər daha 2 460 ton polipropilen/polietilen 39 vaqona yüklənərək Noqinsk stansiyasına göndəriləcək.
Bu ayın sonuna qədər polipropilen yükü Qazaxıstana da nəql ediləcək. 800 ton polipropilen 13 vaqonla Qazaxıstanın Atırau stansiyasına göndərilir.
Qazaxıstana yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1 202 kilometr yolu qət etməli olur. Marşrut boyu daşımanı "ADY Express" şirkəti həyata keçirir.



Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












