ADY məktəblilər üçün təhlükəsizlik mövzusunda maarifləndirmə tədbiri keçirib - VİDEO - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Binəqədi rayonundakı Vüqar Əvəzov adına 300 nömrəli tam orta məktəbdə dəmiryol nəqliyyatında davranış qaydaları və təhlükəsizliyə dair maarifləndirmə tədbiri keçirilib. Dəmiryol əməkdaşları, məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə şagirdlərə dəmiryol xətlərində təhlükəsiz hərəkətə dair geniş məlumat verilib, videoçarx təqdim olunub.
Bildirilib ki, ADY dəmir yolu ərazisindən keçən şəxşlər üçün təhlükəsiz şərait təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bunun üçün yolötürücüləri, keçid körpüləri, tunellər, xəbərdaredici siqnalizasiya sistemi quraşdırılır və təhlükəli ərazilər çəpərlənir. Lakin bəzi hallarda vətəndaşlar qadağan olunmuş ərazilərdən dəmiryol xətlərini keçərək həyatlarını riskə atırlar. Bu kimi hadisələrin qarşısını almaq məqsədilə ADY maarifləndirmə tədbirlərini gücləndirib. Belə ki, qatarlarda cibliklərə təhlükəsizlik qaydalarına dair broşurlar yerləşdirilib, təhlükəsizlik qaydalarına dair illüstrasiyalı yeni kitabça çap olunub.
İnteraktiv formatda təşkil olunan tədbirdə iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonda məktəb kitabxanasına dəmiryol nəqliyyatında davranış qaydaları və Azərbaycan Dəmir Yollarının tarixini özündə əks etdirən kitablar təqdim olunub.
Maarifləndirmə tədbirlərinin dəmiryol xətlərinə yaxın ərazilərdə yerləşən digər məktəblərdə də təşkil edilməsi planlaşdırılır.





Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












