ADY Novruz bayramında gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Artan sərnişin tələbatı nəzərə alınaraq 20-26 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə axşam və səhər reysləri, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə gündəlik reyslər təyin olunub.
“ADY"-dən Avtosfer.az-a verilən məlumata görə, 19 mart tarixində Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı saat 07:00-da Bakıdan Ağstafaya, saat 15:00-da isə geriyə, 20 və 21 mart tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, saat 18:00-da isə geriyə, 22 mart tarixində saat 23:55-də Bakıdan Ağstafaya, 23 mart tarixində saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Həmçinin xətt üzrə 20, 24, 25 və 26 mart 2024-cü il tarixində “Stadler” şirkətinə məxsus müasir sərnişin qatarları da əlavə reyslər üzrə fəaliyyətdə olacaq. Sözügedən günlərdə sürətli sərnişin qatarları Bakıdan saat 07:50-də, Ağstafadan isə saat 16:45-də yola düşəcək.
Bayram günlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
20-26 mart tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












