ADY sədri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı dəyirmi masada iştirak edib - FOTO

26 yanvar tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Türkiyə Respublikasının Ankara şəhərində baş tutmuş “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası çərçivəsində təşkil olunmuş dəyirmi masada iştirak edib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən xəbərə görə, dəyirmi masada marşrut üzrə ötən il ərzində qarşıya çıxan çətinliklər, əldə olunmuş nailiyyətlər, eləcə də növbəti illər ərzində marşrutun səmərəliliyinin artırılması ilə bağlı birgə atılacaq addımlar, xüsusən də Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb.
Həmçinin tədbirdə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Orta Dəhliz üzrə aparılmış tədqiqatın nəticələri və ondan irəli gələn tövsiyələri barədə məlumat verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













