ADY "Stadler" şirkəti ilə Regional Servis Mərkəzinin yaradılmasına dair müqavilə imzaladı

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Stadler Rail Group” şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb.
ADY sədri Rövşən Rüstəmov və “Stadler Rail Group” şirkətinin vitse-prezidenti Benjamin Niederhauser tərəfindən imzalanmış müqaviləyə əsasən, Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək və “Stadler” şirkəti tərəfindən də Mərkəzin tikintisi üçün investisiya yatırılacaq.
Bu mərkəzin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidmət məhz burada həyata keçiriləcək. “Stadler” qatarlarına texniki dəstəyin göstərilməsi həmin nəqliyyat vasitələrinin hazırlıq əmsalının 95%-dən çox olmasını təmin edəcək. Eyni zamanda mərkəzdə ADY-nin işçi heyətinə bütün növ lokomotivlərin təmir olunması ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından dəstək və məsləhət veriləcək.
Azərbaycan ərazisində belə bir unikal müəssisənin yaradılması regionda qonşu ölkələrdə istismar edilən “Stadler” hərəkət tərkibinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, ADY tərəfindən İsveçrənin “Stadler Rail Group” şirkətindən sifariş edilən KISS markalı ikimərtəbəli elektrik qatarları ilk dəfə Azərbaycana 2015-ci ildə gətirilib. Hazırda Azərbaycanın dəmir yollarında 9 ədəd KISS elektrik qatarı istifadədədir.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












