Ağadadaş Ağayevin balta atdığı mühafizəçi hakim qarşısına çıxarılır

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı "MedEra" Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da barəsində cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Elçin Ağayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 16-a təyin edilib.
Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.
Hadisə zamanı Ağadadaş Ağayev N.Cəlilova balta ilə, mühafizəçi isə Xalq artistinə qaz açarı ilə hücum edib.
Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsindədə cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi Rayon Məhkəməsində baxılır.
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ












