Ağalıda seçicilərin fəallığı müşahidə olunur - FOTO - VİDEO

Zəngilan rayonunun Ağalı kəndində növbədənkənar prezident seçkisində seçicilər yüksək əhvali-ruhiyyədə iştirak edirlər. Səhər saatlarından başlayaraq seçicilərin fəallığı müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad edilən Zəngilan ərazisindəki məntəqələrdən olan 33 saylı seçki məntəqəsi Ağalı kəndinin məktəbində fəaliyyət göstərir. Dairə Seçki Komissiyasının sədri Əli Mönsümövün verdiyi məlumata görə, məntəqə üzrə 971 seçici qeydə alınıb ki, bunlardan da 603 nəfəri Ağalı kəndində yaşayan sakinlərdir. Kənd üzrə ilk dəfə səsvermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Mənqətə üzrə ilk dəfə səs verənlərin sayı isə 47 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.
Həmçinin 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə iştirak edirlər.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də fəallıq müşahidə edilir. Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı seçki məntəqəsi üzrə 615, Ağbənd qəsəbəsində olan 62 saylı seçki məntəqəsi üzrə isə 561 nəfər seçici qeydə alınıb. 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının Qubadlı rayonu üzrə fəaliyyət göstərən Xanlıq kəndi ərazisindəki 63 saylı seçki məntəqəsi üzrə 1 387 seçici səs verə biləcək. Onların əksəriyyəti Zəngilan rayonu ərazisində çalışan işçilərdir.
Ümumilikdə, seçki dairəsi üzrə 66 seçki məntəqəsi üzrə 61 179 seçici, 863 müşahidəçi qeydə alınıb.
Qeyd edək ki, budəfəki seçki ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6 537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkini izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkini 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.
azertac
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO















