Ağdamda "OBA Market”dən oğurluq olub
Xəbərlər
20 İyun 2022 13:58
Oxunub 840

Ağdamda "OBA Market”dən oğurluq olub.
Avtosfer.az-ın xəbərinə görə, hadisə ötən gecə rayonun Bənövşələr qəsəbəsində yerləşən obyektdə baş verib.
Belə ki, marketin şüşə pəncərəsi sındırılaraq kassadan xeyli miqdarda pul oğurlanıb.
Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma başlanıb.
APA
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













