Ağdaşda qonşusunun evini yandıran şəxs saxlanılıb - FOTO - VİDEO

Ağdaş rayonunda qonşusunun evini yandıran şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, DİN-in “102” Xidməti - Zəng Mərkəzinə Ağdaş şəhəri ərazisində yerləşən fərdi yaşayış evlərinin birində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Həmin əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Rayon Polis Şöbəsinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğın söndürülərək ətrafdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbləri ilə bağlı aparılan araşdırmalar zamanı yanğının naməlum şəxs və yaxud şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən zərərçəkmişin qonşusu Tural Məmmədov saxlanılıb.O, ifadəsində əməlini etiraf edib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO











