Ağdərədə Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

“Teleradio” İB Ağdərə rayonu ərazisində yerləşən və əvvəllər istismara yararsız vəziyyətə düşmüş Həsənriz Radio-Televiziya Yayım Stansiyasının işini bərpa edib.
Avtosfer.az xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiya elektrik enerjisi ilə təmin olunub. Texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib. Belə ki, 300 Vt gücündə televiziya vericisi, 4x1 konfiqurasiyalı anten sistemi, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.
Nəticədə 25-ci televiziya kanalında (506 MHs) 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Həsənriz və ətraf kəndlərin ərazilərində yayımı təmin olunub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək 8 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. Bərpa tədbirləri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












