Agentlik maşını xarab olmuş sürücünü cərimələdi - FOTO

Sosial şəbəkədə Anar Qədirov adlı istifadəçi maraqlı paylaşım edib. O, iddia edir ki, 90 TK 294 dövlət qeydiyyat nömrəli avtomobilinin təkəri partladığı üçün nəqliyyat vasitəsini yolun kənarında saxlayıb və təkəri dəyişməyə çalışıb. Elə bu vaxt BNA tərəfindən maşının fotolar çəkilib və cərimə olunub.
BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayevməsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu istiqamətdə araşdırma aparılır:
“Vətəndaş Anar Qədirov 10.01.2019-cu il tarixdə yolun hərəkət hissəsində olarkən iddia etdiyi kimi, nəqliyyat vasitəsində texniki nasazlığın yaranması səbəbindən yolun hərəkət hissəsində nəqliyyat vasitəsini dayandırıb və Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları vasitəsilə xəta qeydə alınıb.
Bu barədə cərimə müəyyənləşdirilərək vətəndaş məlumatlandırılıb. Məlumat üçün bildirək ki, “Yol Hərəkəti Haqqında” Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır”.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











