Ahıllara qarşı dələduzluq edən daha bir nəfər saxlanıldı

Yaşlı nəslin nümayəndələrinə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-dən Avtosfer.az-a bildirilib ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və 66 yaşlı iki qadın bu barədə polisə müraciət edib. Onların 8000 manat və 9530 avro pulunun eyni üsulla ələ kelçirildiyi məlum olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik.
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












