Ailə mediasiyası nədir? - Mediasiya Şurası təqdim edir

Məhkəmədə baxılması uzun müddət çəkən ailə mübahisələri kimi məsələlər mediasiyada qısa müddət və az xərc çəkilməklə həll edilir. Tərəflər könüllü şəkildə özlərinin razılaşdığı və mediatorun iştirakı ilə tərtib olunan barışıq sazişini imzalayırlar. Qanuna görə aşağıdakı ailə mübahisələri mediasiya yolu ilə həll oluna bilir:
- nikahın davam etdirilməsi şərtləri;
- valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;
- uşağın yaşayış yerinin müəyyən edilməsi;
- uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;
- uşaqla ünsiyyət;
- ailə münasibətlərindən irəli gələn digər bütün mübahisələr.
Mediatorun həssaslıqla diqqətə aldığı məsələlərdən biri ailə mediasiyasında uşaqlarla bağlıdır. Onun öhdəliyi uşaqların maraqlarını valideynlərin planlarına deyil, valideynlərin planlarının uşaqların maraqlarına uyğunlaşdırılmasına çalışmaqdır.
Ailə mediasiyasında tərəflər valideynlik məsələləri ilə bağlı bir çox məsələni, o cümlədən məhkəmənin səlahiyyətindən kənar məsələləri razılaşdırmaq üçün müzakirə edə bilərlər.
Ölkəmizdə mediasiya yolu ilə müvəffəqiyyətlə həll olunan ailə mübahisələrindən biri də alimentlə bağlıdır. Mediasiyanın təşəkkül tapmasından əvvəl alimentlə bağlı işlərin yekunlaşması aylarla vaxt tələb edirdisə, indi qarşılıqlı razılaşma əsasında mediasiya ilə vaxtınıza və pulunuza qənaət etməklə bu probleminizi həll edə bilərsiniz.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarına və mediatorlara müraciət etməklə ailə mübahisələrinizi məhkəmədənkənar qarşılıqlı razılaşma yolu ilə mediasiyada həll edə bilərsiniz.
Mediasiya Şurası (012) 1927
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR










