“Ailəmi Aysel Əlizadə dağıdıb, ona “Porsche”ni ərim alıb – FOTO + VİDEO

“Mənim ailəmi Aysel Əlizadə dağıdıb”. Avtosfer.az milli.az-a istinadla xəbər verir ki, bu şok iddia ilə “Səni axtarıram”a çıxan 2 uşaq anası deyib. Qadın ailəsinin dağıldığını, uşaqlarından birini həyat yoldaşının əlindən aldığını bildirib. Məhkəmə uşağın anaya qaytarılması ilə bağlı qərar çıxarsa da, qadın yoldaşından övladını ala bilmədiyini qeyd edib: “Həyat yoldaşımın 47 yaşı, Ayselin də 24 yaşı var. Aysel evimə yoldaşımla birlikdə gəlib gedirdi. Üzümə baxaraq özü də, elə bil, ev sahibi idi, saymazyana. Qızımla da danışırdı. Hətta yoldaşımın telefonundan qızıma səsli mesaj da göndərirdi. Qızımın telefonuna öz nömrəsi də düşmüşdü. Qızımı Aysel gəlib aparacaqdı gəzməyə. Mən də qızıma dedim ki, “Atandan soruşmadın Aysel kimdir?” Hətta eşitdim, inanmadım. Dedim ola bilməz, bu uşaqdır, səhv deyir yəqin. Yoldaşım maşın alveri ilə məşğuldur. Avtosalonu var. Ayselə "Porşe"ni də ərim alıb. Onu yoldaşım özü də etiraf edir. Hamı bilir onu. Hətta saytlar da bu haqda yazdı ki, 150 minlik maşın alıb hədiyyə edib. Amma mən evdar qadın olmuşam. Həyat yoldaşımın adı Elçindir. Aysel evimizdə şəkil çəkdirib. Hətta İnstaqrama şəkil də qoyub, elə bil öz evi kimi. Onun bir ağ pişiyi var. Qızımın qucağında ağ pişiyi ilə çəkdiyi şəkili də İnstaqrama qoyub. Bizdə ev 10-cu mərtəbədədir. Bir gün qızım Mədinə də Zeynəb də yanıma gəldilər ki, mama bizə Aysel gəlib. Evdə kamera da var”.

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












