Akif Qurbanov barəsində CİNAYƏİ İŞİ BAŞLANILIB - YENİLƏNİB

III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.
Bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb
O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 - qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, bu gün "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
Nazirlikdən bildirilib ki, bir neçə ünvanda əməliyyat-axtarış tədbirləri keçirilib.
*** Saat 21:51
“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı APA-ın sorğusuna cavab olaraq bildirib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir: “Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












