Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub

Astana şəhərində keçirilən işçi görüş zamanı “KTZ Express” və Çinin “Lianyungang Port Qrupu” şirkətinin nümayəndələri Aktau dəniz ticarət limanının ərazisində yeni konteyner qovşağının inşasını müzakirə ediblər.
Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, layihə Qazaxıstanın müasir logistika infrastrukturunun inkişafında mühüm mərhələ olacaq.
Görüş iştirakçıları layihənin hazırkı vəziyyəti və reallaşdırılması ilə bağlı müzakirələr aparıb, tikintinin birinci mərhələsinə aid əsas təşkilati və texniki məsələlərə xüsusi diqqət yetiriblər.
Birinci mərhələnin cari ilin sonuna qədər tamamlanması planlaşdırılır. Bu mərhələdən sonra gələcək konteyner qovşağının layihə üzrə illik ötürmə qabiliyyəti 140 min TEU-dək olacaq. Qovşaq Qazaxıstanın tranzit potensialını artırmağa, marşrutların əlaqəli fəaliyyətini yaxşılaşdırmağa və beynəlxalq təchizat zəncirlərinin iştirakçıları üçün yeni imkanlar yaratmağa xidmət edəcək.
“KTZ Express” və “Lianyungang” limanı on ildən artıqdır ki, məhsuldar əməkdaşlıq edir. Bu müddət ərzində “Lianyungang” limanında Qazaxıstan-Çin terminalı və “Khorgos Gateway” quru limanı kimi əhəmiyyətli infrastruktur layihələri reallaşdırılıb.
“KTZ Express”, “Qazaxıstan Temir Jolu” ASC-nin törəmə müəssisəsi - multimodal nəqliyyat-logistika şirkətidir.
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq












