Aleksandr Lapşinin daha bir saxtakarlığı üzə çıxıb

Sosial şəbəkələrdə uzun müddət ermənipərəst mövqeyi və Azərbaycanın digər dövlətlərlə münasibətlərini ləkələmək kimi uğursuz addımları ilə tanınan bloger Aleksandr Lapşin Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının həlak olması ilə bağlı təfərrüatları tamamilə təhrif etməklə növbəti dəfə özünü gülüş obyektinə çevirib.
O, bəzi mənbələrə istinadən iddia edir ki, guya Azərbaycanın Qarabağ iqtisadi rayonunda Azərbaycan hərbçiləri Rusiya sülhməramlı kontingentinin üzvlərini uzun müddət saxlayıb və telefonlarının təhvil verilməsi ilə bağlı danışıqlar aparıblar (maraqlıdır ki, bu zaman sülhməramlılar birbaşa rəhbərləri ilə əlaqə saxlamayıblar) və sonradan onları buraxıblar. Lakin onun sözlərinə görə, daha sonra Azərbaycan təhlükəsizlik orqanlarının göstərişi ilə bir qrup sülhməramlı mühasirəyə alınıb və güllələnib.
Bu saxta xəbəri uyduran A.Lapşin unudur ki, sülhməramlıların ölümü ilə bağlı hadisə Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən birgə araşdırılır, onlar artıq hadisənin təfərrüatlarına və mahiyyətinə bələddirlər. A.Lapşin reallığa uyğun gəlməyən hekayə uydurmaqla bir daha özünü ələ salıb.
Qarabağ Azərbaycanın bir hissəsidir və orada bütün proseslər sülh yolu ilə aparılır. Aleksandr Lapşin regiona gələrək reinteqrasiya prosesi ilə ətraflı tanış ola bilər.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












