Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar

Orqanizmin infeksiyanın hücumuna cavabını yavaşıtmaq koronavirusun əsas "hiylə"si ola bilər.
Bu barədə amerikalı virusoloq Şeyn Krotti "Bloomberg"ə bildirib.
"Bu (hiylə - red) əhəmiyyətli bir müddət üçün ilkin immun cavabdan qaçmaq və xüsusən I tip interferonun erkən reaksiya verməməsindən ibarətdir", - o deyib.
Daha əvvəl tədqiqatçılar COVID-19-un interferon çatışmazlığı ilə əlaqəsinə artıq diqqət yetirdilər: məsələn, çatışmazlığın xəstəliyin ağır gedişatına səbəb olan həlledici bir amil ola biləcəyi bildirilib.
Amerika alimlərinin "Science" jurnalında dərc edilmiş məlumatına əsasən əvvəllər digər xəstəliklərin müalicəsində istifadə olunan sintetik interferonlardan yararlanma koronavirusla mübarizədə təsirli ola bilər.
Bu araşdırmanı həmçinin digər alim də şərh edib. Niderland eksperti Aleksandr Hoyşen interferondan istifadənin yalnız xəstəliyin ilkin mərhələsində COVID-19-la mübarizədə kömək edəcəyini bildirib. O, digər hallarda, infeksiyanın gedişi və xəstənin yaxşılaşmasının zamandan asılı olacağını vurğulayıb. (medicina.az)
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












