Alimlərdən 2024-cü illə bağlı iqlim XƏBƏRDARLIĞI: bizi nə gözləyir?

Sakit Okeanda güclü El Ninonun birləşməsi və Hind okeanında temperaturun əhəmiyyətli dərəcədə dəyişməsi Avstraliya və Cənub-Şərqi Asiya regionlarında isti və quraqlığı artıra, həmçinin Şərqi Afrikada daşqınlara səbəb ola bilər. Potensial olaraq “tarixi cəhətdən güclü” bir hadisəni müjdələyən proqnozlar 2024-cü ildə qlobal
“New Scientist”ə görə, üç illik soyuq La Nina şəraitindən sonra 2023-cü ilin may ayında Sakit Okeanda El Nino termal iqlimi yaranıb. Bu dəyişiklik 2023-cü ildə görünməmiş və rekord qıran istilərə səbəb olub. Elm adamları El Nino-nun tezliklə zirvəyə çatacağını gözləyirlər. Proqnozlar göstərir ki, 2024-cü ildə tarixən ağır iqlim hadisəsi yaşayacağıq.
Kolorado Boulder Universitetindən Pedro DiNesio, “Onu güclü edən bir çox amillər var” deyib.
Belə amillərdən biri Hind okeanının şərqində soyuq, qərbdə isə isti temperatura keçiddir. Bu, Hind Okeanı Dipolu (IOD) kimi tanınan dövrün müsbət mərhələsi adlanır.
Arizona Universitetindən Kaustubh Tirumalay, “Bu, bir növ El Ninonun kiçik qardaşıdır” deyə bildirib.
Sakit okeandakı El Ninoda olduğu kimi, müsbət IOD isti suyu qərb Hind okeanına doğru itələyir, soyuq su isə şərqə toplanır. Bu, bölgənin iqliminə təsir göstərir. 2023-cü ilin sentyabrında Avstraliya Meteorologiya Bürosu ən azı ilin sonuna qədər davam edəcək müsbət IOD elan edib.
Alimlər qeyd edirlər ki, qeyri-adi olan El Nino ilə müsbət IOD-nin eyni vaxtda baş verməsi deyil, güclü El Nino və güclü müsbət IOD-nin birləşməsinin “nadir” bir hadisə olmasıdır. 1997-1998-ci illərdəki güclü El Ninodan sonra, IOD ilk dəfə aşkar edildikdən sonra belə birləşmə baş verməyib. Bu dövr qlobal iqtisadiyyata trilyonlarla dollara başa gəlib.
Bu hadisələrin hər ikisi birlikdə kompleks şəkildə qlobal iqlimə bir-birinin təsirini artıra və ya azalda bilər. Amma bu, bəzi regionlar üçün əlverişli, bəziləri üçün isə əlverişsiz ola bilər. Tipik olaraq, həm müsbət IOD, həm də El Nino Cənub-Şərqi Asiyada və Avstraliyanın çox hissəsində daha isti, daha quru şəraitlə əlaqələndirilir.
Alimlərin fikrincə, əgər bu iki hadisə eyni vaxtda baş verərsə, bu o deməkdir ki, Avstraliya həqiqətən də çox quru və çox isti temperatur yaşayacaq.
Thirumalay hesab edir ki, İndoneziyada meşə yanğınları və Cənub-Şərqi Asiyada isti dalğaları da mümkündür. Şərqi Afrikada da həddindən artıq daşqınlara səbəb ola bilər. Qeyri-müəyyənliyə əlavə olaraq, planetin 1997-1998-ci illərdə olduğundan daha isti olmasıdır ki, elm adamları bununla əlaqədar yağış və quraqlığın daha da ekstremal ola biləcəyini bildirir. (lent.az)
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










