"Allah hər qadının qapısını açmasın" - Kəmalə Ağazadə dustaqlardan DANIŞDI

“Dustaq həyatı sürən qadınların hamısı azadlığa çıxmamalıdır”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə həbsxanada olan qadınlardan danışarkən deyib.
İllərdi istər qadın, istərsə də kişi həbsxanasına getdiyini deyən K.Ağazadə bildirib ki, orada qorxunc divarlar, qorxunc talelər var: “Elə cinayətlər var ki, o adamın hansı maddədən orada olduğunu biləndə yanında dayanmaq istəmirsən. Mən uşaqların ora gedib həmin şəxslərlə davamlı ünsiyyətinə qarşıyam. Anası ilə bağlılığını kəsmək fikrim yoxdur".
K.Ağazadə əlavə edib ki, məhkum həyatı yaşayan qadınların güclü olması üçün dövlət dəstəyi əhəmiyyətli rol oynayır.
"Qadınlar həbsxanadan çıxacağı zaman dövlət tərəfindən inteqrasiyası üçün peşə təhsili, işlə təmin olunması, əmək terapiyası ilə bərabər o peşəni öyrənib, gedib azadlıqda qazanc əldə edə bilər. Həbsxanada qadınlar işləyir. Qazandıqlarını da öz ehtiyaclarına verirlər. Eləsi olur ki, həbsxana yeməyi yemir, onun üçün evdən qida məhsulları gəlir",-deyə Kəmalə Ağazadə qeyd edib.
Bakıvaxtı.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












