Almaniya ilk LNG terminallarının istifadəyə veriləcəyi tarixi açıqlayıb

Rusiyanın enerji mənbələrindən asılılığı aradan qaldırmaq üçün Almaniya ilk LNG terminallarının istifadəyə veriləcəyi tarixi açıqlayıb. Avtosfer.az GPA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.
O bildirib ki, ilk iki LNG terminalı bu ilin sonunda və ya 2023-cü ilin əvvəlində istifadəyə veriləcək. "Bu il artıq iki gəmi hazırdır və 2022/23-cü ilin sonunda Vilhelmshaven və Brunsbütteldə yerləşdiriləcək", o deyib.
İqtisadiyyat naziri deyib ki, Almaniya hökuməti ümumilikdə dörd üzən mayeləşdirilmiş təbii qaz terminalını icarəyə götürüb.
Robert Habek Rusiya təbii qazından LNG-yə keçidin belə sürətli olmasının daha əvvələ Almaniyada baş vermədiyini vurğulayıb.
Qeyd edək ki, Berlin başqa enerji mənbələri axtardığı bir zamanda Moskva boru kəməri ilə Almaniyaya çatan təbii qaz tədarükünü artıq əhəmiyyətli dərəcədə azaldıb.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












