Almaniyada hava limanının yerüstü heyəti tətil edib, reyslər ləğv olunub

Almaniyada hava limanının yerüstü xidmətlərinin işçilərinin tətili başlayıb.
Məlumata görə, “Lufthansa”nın əməkdaşları Frankfurt-Mayn, Münhen, Hamburq, Berlin və Düsseldorf hava limanlarında tətil keçirirlər.
Hava limanının çərşənbə günü planlaşdırılan bütün reyslərinin 80-90%-i ləğv edilib. Bu, təxminən 100 min sərnişinin planlarının pozulması deməkdir. Tətil bir gündən çox - cümə axşamı səhərə qədər davam edəcək.
Tətilin səbəbi uzun sürən tarif münaqişəsi olub. Verdi həmkarlar ittifaqı “Lufthansa”, “Lufthansa Technik” və “Lufthansa Cargo” ilə əmək müqaviləsi bağlayan 25 min yerüstü işçisi üçün iş şəraitinin yaxşılaşdırılmasını istəyir. Verdi işçilərin maaşının 12,5% artırılmasını tələb edir.
Danışıqların növbəti raundu fevralın 12-də Frankfurt-Mayndə keçiriləcək.
oxu.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












