Almaniyada “Heydər Əliyev İli” çərçivəsində Təqaüd Proqramı elan edilib

Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunun Təşkilat Komitəsi müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – 100” təqaüd proqramını təsis edib.
Təşkilat Komitəsi bəyan edib ki, bu il 100 illik yubileyini qürurla keçirdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə vaxtilə gənc azərbaycanlı kadrların xaricdə təhsil alması və Vətənimiz üçün önəmli olan yüksək ixtisaslara yiyələnmələri məqsədilə mühüm addımlar atılıb. Belə uğurlu siyasətin nəticəsində tibb sahəsində ixtisaslı azərbaycanlıların sayı artıb. İndi onlar nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərir, elmi nailiyyətləri, ideya və kəşfləri ilə ən nüfuzlu universitetlərin elmi dairələrində sayılıb-seçilirlər.
“Ulu öndərin siyasətini əsas tutaraq, “Heydər Əliyev İli” çərçivəsində Proqram Təqaüdünün təsis edilməsi qərara alınıb. Bu proqama Almaniyada həkim kimi fəaliyyətə başlamaq istəyənlər və tibb təhsili alan gənclər müraciət edə bilərlər”, - deyə müraciətdə vurğulanıb.
Qeyd edək ki, Təqaüd Proqramı müsabiqəsində iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından 1 noyabr 2023-cü il tarixinə kimi müraciət formasını doldurmaq və tələb olunan sənədləri təqdim etmək xahiş edilib. Təqaüd Proqramı ilə bağlı sualların [email protected] elektron poçtuna ünvanlanması nəzərə çatdırılıb.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












