Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub

Almaniyada qətlə hadisəsi törədərək qaçan azərbaycanlı axtarışa verilib.
Avtosfer.azı-ın məlumatına görə, hadisə iyunun 18-nə keçən gecə Kalletal şəhərində qeydə alınıb.
Belə ki, 36 yaşlı Azərbaycan vətəndaşı Elçin Ağayevin 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirdiyi, daha sonra isə həmin şəxslə birlikdə yaşayan keçmiş sevgilisinə təcavüz etdiyi bildirilir.
Ölkənin Bielefeld şəhər polisi hadisəni törətməkdə şübhəli bilinən və istintaqdan yayınan E.Ağayevin axtarışlarına başlayıb və hazırda onun axtarışları davam etdirilir.
Hətta Bielefeld şəhər polisi cinayəti törətməkdə şübhəli bilinən E.Ağayevin tapılmasında kömək edənlər üçün 5 min avro dəyərində pul mükafatı da ayırıb.
İyunun 27-də E.Ağayevin axtarışda olduğu rayonda 75 yaşlı qadının meyiti tapılıb. Hazırda polis bu cinayətdə də şübhəlinin əlinin olub-olmamasını araşdırır.
E.Ağayevin yük avtomobili vasitəsilə qaçdığı ilə bağlı polisdə şübhələr yarandığından qonşu ölkələrin hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Avropa Polisinin məlumat bazasında isə E.Ağayev “olduqca təhlükəli və silahlı” kimi qeyd olunub.
Bielefeld şəhər polisi E.Ağayevi tanıyanlardan 0521/5454646 nömrəsi ilə əlaqə yaratmalarını xahiş edib.
Detmold Prokurorluğundan “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, artıq E.Ağayevin axtarışlarına helikopterlər də cəlb edilib.
"Təəssüflər olsun ki, indiyə kimi aparılan axtarış əməliyyatları heç bir nəticə verməyib. Qətldə şübhəli bilinən E.Ağayevin hələ də Almaniyada gizləndiyini düşünürük. Bu səbəbdən şəxsin fotoları olan afişalar bütün ölkəboyu yanacaqdoldurma məntəqələrinə, supermarketlərə, dəmiryolu vağzallarına vurulub”, - Detmold Prokurorluğundan bildirilib.
“Report”
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?
Kəmaləddin Heydərovun oğullarından Hollivud layihəsinə sərmayə - Kassada uğursuz oldu










