Almaniya bu sahədə Azərbaycandan geri qalır

“Məhz bu münaqişədə Azərbaycana qarşı bundesver döyüşsəydi, məncə qələbə şansı olmayacaqdı”.
Avtosfer.az “Daily Sabah”-a istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə və Strategiya Tədqiqatları İnstitutunun (GIDS) müasir müharibə üsulları və yeni texnologiyalar eksperti polkovnik-leytenant Mikael Karl bildirib.
Beynəlxalq dron bazarını və dronların ötən ilki Qarabağ müharibəsindəki rolunu dəyərləndirən ekspert Almaniya ordusunun döyüş dron hücumundan qorunmaq üçün lazımı təchizata malik olmaması qənaətinə gəlib:
“Döyüş dronları və kamikaze dronları kimi tətbiq olunan silahlara qarşı biz özümüzü adekvat şəkildə qorumaq iqtidarında olmayacaqdıq. Ordu hava müdafiəsinin təkcə bu nöqsanı bizi məğlubiyyətə düçar edəcəkdi” – deyən ekspert partladıcı qurğularla təchiz olunaraq hədəfləri izləmək və vurmaq üçün istifadə olunan birdəfəlik, yaxud kamkikaze dronlarını bu növ hərbi texnikanın yeni, daha təhlükəli növü olaraq səciyyələndirib.
Xatırladaq ki, Türkiyə istehsalı olan “Bayraktar TB-2” insansız döyüş uçuş vasitələri (UCAV) 93,2 faiz səviyyəsində yerli istehsal olaraq 2014-cü ildən Türkiyə ordusunun cəbbəxanasına daxıl edilib, hazırda isə 160 ədədi Türkiyə, Qətər, Azərbaycan, Ukrayna ordularının təchizatındadır.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












