Almaniyanın qırıcı təyyarələri Hind-Sakit okean regionuna göndərilib

Almaniya Çinlə artan gərginlik fonunda Hind-Sakit Okean regionunda mövcudluğunu gücləndirmək üçün regiona 13 ədəd hərbi təyyarə göndərib. Ordu.az xəbər verir ki, təyyarələr Avstraliyada yerləşdiriləcək.
6 “Eurofighter” qırıcısı və 7 hərbi nəqliyyat təyyarəsi “Rapid Pacific 2022” adlı missiya ilə Avstraliyaya getməzdən əvvəl Sinqapura enib.
Alman Hərbi Hava Qüvvələri bildirib ki, təyyarələr Avstraliya və Sinqapurdan sonra Yaponiya və Cənubi Koreyaya göndəriləcək.
Missiyanın məqsədi Almaniya ordusunun Hind-Sakit Okeandakı NATO daxilində və xaricində müttəfiqləri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini sınamaqdır.
Almaniya Hind-Sakit Okean hövzəsində mövcudluğunu artırmağa çalışır və 2021-ci ilin avqustunda 20 ildə ilk dəfə bu bölgəyə freqat göndərib.
6 “Eurofighter” və təxminən 250 Alman əsgəri Avstraliyada “Pitch Black” və “Kakadu” kimi tanınan iki təlimdə iştirak edəcək.
Missiyalar həm hava-hava, həm də hava-yer döyüş təlimlərini, o cümlədən gəmilərin havadan qorunmasına dair təlimləri əhatə edəcək.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












