Almatıda avtobus izdihamın üzərinə hərəkət edib, ölənlər var - FOTO

Qazaxıstanın Almatı şəhərində avtobus 7 saylı şəhər xəstəxanasının yaxınlığında insan izdihamının üzərinə sürülüb.
3 nəfər hadisə yerində ölüb.
Almatı Polis İdarəsinin məlumatına görə, qəza yerli vaxtla saat 18:15-də baş verib.
“47 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sərnişini aralarındakı münaqişə nəticəsində sürücünü vurub. Sürücü huşunu itirib və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Avtobus dayanacaq yaxınlığındakı insanları vurduqdan sonra 4 avtomobillə toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib”, - polisdən bildirilib.
Qeyd edilib ki, avtobus sürücüsünü vuran şəxs saxlanılıb. (report)
***
Qazaxıstanın Almatı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtobus piyadalardan birini vurduqdan sonra izdihamın üzərinə hərəkət edib.
Nəticədə 3 nəfər ölüb, daha 4 nəfər ağır yaralanıb, daha 4 avtomobil yararsız vəziyyətə düşüb. Yaralananlardan biri 15 yaşlı yeniyetmədir. (apa)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












