Altı qırıcı patrul xidməti üçün bu ölkəyə gəldi

Britaniya Kral Hərbi Hava Qüvvələrinin altı "Eurofighter Typhoon" qırıcısı Rumıniyanın 57-ci “Mihail Kogalniceanu” aviabazasına eniş edib.
Avtosfer.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.
Aviabazaya gələn Britaniya kontingenti təxminən 200 hərbçidən - pilotlar və texniki heyətdən ibarətdir.
Qarşıdakı dörd ayda NATO komandanlığı altında Rumıniya Hərbi Hava Qüvvələri ilə birlikdə Gücləndirilmiş Hava Polisi missiyalarını yerinə yetirəcəklər.
Bu, 2017, 2018, 2021 və 2022-ci illərdə Rumıniya hava məkanında patrulluq etmək üçün burada olan britaniyalı pilotların “Mihail Kogalniceanu” aviabazasına beşinci rotasiyasıdır.
Qeyd edək ki, NATO-nun hava hücumundan müdafiə proqramı 1961-ci ildə yaradılıb. Rumıniyada bu proqram ölkənin alyansa qoşulduğu 2004-cü ildən qüvvədədir. Ölkədə patrul missiyaları Rumıniya Hərbi Hava Qüvvələri tərəfindən hər 4-6 aydan bir bir-birini dəyişən NATO ölkələrindən birinin dəstəsi ilə birlikdə həyata keçirilir. Bu qüvvələr qrupuna 4-6 təyyarə və 150-250 hərbçi daxildir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












