ANAMA 12 raket aşkarlayıb - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Xızı, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 67 (altımış yeddi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç) müraciət daxil olub.
Bu barədə Avtosfer.az-a ANAMA-dan bildirilib.
Məlumata görə, daxil olmuş 70 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun E.Sadıqov küçəsi, Muğanlı kəndi, Diləğanlı kəndi, Muğanlı kəndi, Boyat kəndi, Minəxorlu kəndi, Rəncbərlər kəndi, Poladlı kəndi, Cəfərli kəndi və Hindarx qəsəbəsi, Ağdam rayonu Alıbəyli və Mərzili kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Alxanlı kəndi və 5-ci Zobcuq qəsəbəsi, Goranboy rayonunun Goran qəsəbəsi və Boluslu kəndi, Şəmkir rayonunun Sabirkənd kəndi, Xızı rayonunun Türkoba kəndi, Tərtər rayonunun İ.İsgəndərov küçəsi, Gəncə, Mingəçevir və Beyləqan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib.
Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (2 ədəd 300 mm-lik raket (9M528), 12 ədəd tank əleyhinə idarə olunmayan raket (5 ədəd PQ-22, 3 ədəd PQ-9 və 4 ədəd PQ-7) və 32 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket yerində işarələndi və növbəti iş günü ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçiriləcəkdir.





Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












