ANAMA cəbhə xəttindəki ərazilərdə əməliyyatları davam etdirir

15 oktyabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 27 (iyirmi yeddi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 1 (bir) müraciət daxil olub.
ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş 28 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Baharlı, Çəmənli kəndləri və 1-ci Baharlı qəsəbəsi, Ağcabədi rayonunun Arazbar, Bala Kəhrizli, Taynaq kəndləri və Hindarx qəsəbəsi, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Əhmədalılar kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu, Qaraçinar, Qızılhacılı, Balakürd, Meşəli kəndləri, Tərtər rayonunun Seydimli, Buruc kəndləri və C.Məmmədquluzadə, N.Nərimanov küçələri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd tank əleyhinə idarə olunan raketin arxa mator hissəsi, 1 ədəd bombacıq və 16 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 805 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












