“Aqro-vest DC” ordumuza dəstəyi davam etdirir - FOTO

“Aqro-vest DC” MMC ordumuza dəstək aksiyasına qoşulub.
Əks-hücum əməliyyatlarına start veriləndən bu günə kimə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının birliyinə bir daha şahid olur. Bu gün xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib bu şərəfli döyüşdə ədalətin zəfər qazanması üçün səfərbər olub!
“Aqro-vest DC” MMC şirkəti öz növbəsində əks hücüm əməliyyatları başlayan ilk günlərdən ordumuza həmrəylik məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmiş, bundan başqa şəxsi heyət üçün müxtəlif geyim, tütün və şəxsi gigiyena vasitələri ilə təmin etmişdir.
Bu gün şirkət dəstəyinin davamı olaraq, şəxsi heyət üçün 41241,64 manat dəyərində, 113362 ədəd müxtəlif növ sabunlardan ibarət partiyanı təqdim etmişdir.
“Aqro-vest DC” MMC-nin rəhbərliyi: “Əvvəlcədən də bildirdiyimiz kimi biz daimi olaraq imkanlarımızı və ehtiyacları dəyərləndirib dəstəyimizi davam etdirəcəyik! Bu bizim borcumuzdur! Şirkətimiz hər zaman olduğu kimi Ali Baş Komandanın daha güclü Azərbaycan amalına sadiqliklə fəaliyyətini davam etdirir!
Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












