"Aqua Park"da baş verən faciənin TƏFƏRRÜATI - VİDEO

Su hovuzunda çimən gənc dünyasını dəyişib. Avtosfer.Az bildirir ki, hadisə ötən gün Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birində baş verib. Dostları ilə hovuza gələn 35 yaşlı Zamiq Nağıyevin dünyasını dəyişməsi ilə bağlı ailəsinə məlumat verilib. Mərhumun qardaşı Nicat Nağıyevin sözlərinə görə hadisəyə səbəb su sürüşkənin qarşısında çimən qardaşına, başqa bir şəxsin zərbəylə çırpılması olub. O bunu müşahidə kameralarından da göründüyünü bildirir.
Nicat Nağıyevin sözlərinə görə qardaşı məhz istirahət mərkəzində təhlükəsizlik normalarına əməl edilməməsi səbəbindən dünyasını dəyişib.
İstirahət mərkəzinin əməkdaşları isə bu iddialarla razılaşmır. Mərkəzin menceri Sevinc Rəşidovanın sözlərinə görə təhlükəsizlik normalarına hər zaman əməl edilir. Ölümün hansı səbəbdən baş verdiyini isə bilmirlər.
Qeyd edək ki, dünyasını dəyişən Zamiq Nağiyev 2 uşağı olub və o turistlərin gəzidirilməsi işi məşğul olurmuş. Faktla bağlı prokurorluğ əməkdaşları tərəfindən araşdırma aparılır.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












