Artıq Qarabağa açar Azərbaycan ordusunun əlindədir - Hərbi ekspert

Azərbaycan ordusu çox düzgün taktika seçib və yaxın günlərdə Ermənistan ordusunun vəziyyəti kritik həddə çatacaq. Bunu Trend-ə hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ü.Cəfərov bildirib ki, Ermənistan öz əsgər və zabitlərini normal qida, silah-sursatla təmin edə bilmir:
“Bir həftə - 10 gün ərzində ermənilər ümumiyyətlə çökəcəklər. Ona görə onların Azərbaycanın mülki obyektlərinə atəş açması çarəsizlikdən irəli gəlir. Düşmən həm mənəvi, həm də fiziki cəhətdən təmiz yorulub. Ermənistan çox çıxılmaz bir duruma düşüb.
Ermənistanın artıq əvvəlki imkanları yoxdur. Orduları həm canlı qüvvə, həm də hərbi texnika baxımından böyük itkilərə məruz qalıb, hava hücumundan müdafiə qoşunlarının 80 faizi məhv edilib. Ermənilər hələ eyforiyadadırlar. Ermənistan yaxın günlərdə çox böyük fəlakətlə üz-üzə qalacaq.
Demoralizə olunmuş ordu, xeyli sayda canlı qüvvə itkisi, eyni zamanda ölənlərin kompensasiya məsələsi var. Bütün bunlara Ermənistan daxilində cavab vermək lazım olacaq. Ona görə çox yaxın günlərdə Ermənistanın daha ağır günləri başlayacaq”.
Ü.Cəfərov qeyd edib ki, artıq Dağlıq Qarabağın açarı Azərbaycanın əlindədir: “Birmənalı olaraq cəbhə xəttində bütün üstünlüklər Azərbaycanın əlindədir. Artıq Qarabağın qapısına açar da Azərbaycan ordusunun əlindədir. Hadrutun işğaldan azad edilməsi ordumuza çox böyük üstünlük verir”.
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO










