ASALA təşkilatının Dağlıq Qarabağa yerləşdirilməsi regionda maraqlı dövlətlərə təhlükədir - Ekspert

Ermənistan rəhbərliyinin Dağlıq qarabağda ASALA beynəlxalq terror təşkilatını yerləşdirməsi böyük təhlükədir.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, ermənilər hazırda da Dağlıq Qarabağa Livan və digər ölkələrdən terrorçuları gətirərək Azərbaycana qarşı döyüşlərə cəlb edib: "Bu yeni xəbər deyil. Ermənistan rəhbərliyi terrorçuları Dağlıq Qarabağda döyüşlərə cəlb edir. Artıq Ermənistan panika içərisindədir. Ermənistan bununla müharibə cinayətləri törədir. Bu bir tərəfdən yaxşıdır ki, Azərbaycan əsgəri həm də terrorçuları məhv edir. Amma bütün beynəlxalq təşkilatlar və regionda maraqlı olan dövlətlər bunun qarşısını almaq üçün təcili tədbirlər görməlidir.
Bu gələcəkdə regionda maraqlı olan dövlətlər üçün də təhlükə yarada bilər. Əgər bu faktların qarşısı alınmasa, Azərbaycan Ordusu həmin şəxsləri məhv edəcək. Bizim üçün fərqi yoxdur, dırnaqarası "dqr ordusu" olsun, Ermənistan ordusu olsun ya da xaricdən gələn hansısa teror təşkilatı. Bunların hamısı Azərbaycan üçün terrorçudur. Azərbaycan Ordusu həmin qurplaşmaları məhv edəcək. Məhv olmayanlar isə gələcəkdə məhkəmə qarşısında cavab verəcəklər".
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












