“Asfalt yox, çınqıl tökə bilərik” - İcra Hakimiyyətindən şəhidin adını daşıyan küçə ilə bağlı AÇIQLAMA

Abşeron rayonu Ceyranbatan qəsəbəsində Qarabağ şəhidi Əvəz Paşayev adına küçənin pis vəziyyətdə olması ilə bağlı məlumat vermişdik. Şəhidin adını daşıyan küçənin acınacaqlı vəziyyətdə olması ciddi müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İH başçısının müavini İlham Quliyev şəhidin adını daşıyan yolun vəziyyəti ilə bağlı sakinlərin quruma müraciət etmədiyini deyib:
“Əvəz Paşayev küçəsi ilə bağlı sakinlərdən bizə müraciət daxil olmayıb. Şəhidin adını daşıyan küçə ilə bağlı heç nə deyə bilmərəm. Lakin mən küçənin adını qeyd etdim. Əraziyə icra nümayəndəsi göndəriləcək. Baxış keçirildikdən sonra zərurət olarsa, yağış yağanda palçıq olmasın deyə, asfalt yox, çınqıl tökmək olar”.
Xatırladaq ki, ötən gün Qarabağ şəhidi Əvəz Paşayev adına küçədə yaşayan sakinlər tərəfindən redaksiyamıza şikayət daxil olmuşdu. Şikayətdə qeyd olunurdu ki, vətəndaşlar yolun pis vəziyyətdə olması ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, cavab ala bilməyiblər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












