Aşqabad Avrasiya nəqliyyat marşrutlarının yaradılması üzərində işlədiyini açıqlayıb

Türkmənistan Avrasiya multimodal nəqliyyat və tranzit marşrutlarının yaradılması üzərində işləyir.
“Report” Türkmənistanın Dövlət Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov 3-cü Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.
“Türkmənistan Xəzər və Qara dənizlərdən keçən, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunu vahid nəqliyyat sisteminə birləşdirən və razılaşdırılmış norma və meyarlara uyğun fəaliyyət göstərən Avrasiya multimodal nəqliyyat və tranzit layihələrinin həyata keçirilməsi üzərində işləyir”, – sabiq prezident bildirib.
O qeyd edib ki, bu cür səylər üçün əsaslı siyasi və diplomatik yardım, dəstək və Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qərarların qəbulu tələb olunur:
“Biz Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, regional strukturlar kimi beynəlxalq maliyyə və iqtisadi qurumlarını beynəlxalq nəqliyyat layihələrində iştirak etmək və strateji qərarların qəbulunda iştirak etmək üçün dəstək verməyə dəvət edirik”.
O əlavə edib ki, Türkmənistan bu sahələrdə danışıqlara açıqdır və milli və beynəlxalq layihələrin həyata keçirilməsində iştirak üçün hər cür şərait yaratmağa hazırdır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












