Astaraçay üzərindəki yeni körpü növbədə gözləyən yük maşınlarını azaldıb

İran və Azərbaycan arasında Astaraçay üzərində yeni körpünün ilk mərhələdə istifadəyə verilməsi nəticəsində İranın Astara şəhərində növbədə gözləyən yük maşınlarının sayı üçdə birə qədər azalıb.
Avtosfer.az-ın məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.
M.Bəzrpaşın sözlərinə görə, bu körpünün ətrafında davam etdirilən tikinti işlərinin başa çatdırılması və tranzit yolunun tam şəkildə istifadəyə verilməsi ilə İranın Astara şəhərində yük maşınlarından ibarət növbə artıq yaranmayacaq.
Bəzrpaş əlavə edib ki, İranın Astara şəhərində yük maşınlarının növbəyə düzülməsinin aradan qaldırılması ilə əlaqədar onlayn növbə götürmək sistemi də tətbiq olunur.
Qeyd edək ki, İranla Azərbaycan arasında Astaraçay üzərində 2-ci dünya müharibəsi dövründə körpüdən istifadə olunurdu. Bu körpü köhnə olduğuna görə, gün ərzində 300-350 yük maşınının keçməsi mümkün olurdu. Halbuki İranın Astara şəhərində bəzi hallarda 700-dək yük maşını sərhədi keçmək üçün növbədə gözləyirdi.
Əlavə edək ki, 30 dekabr 2023-də Azərbaycan və İran arasında Astaraçay üzərində yeni avtomobil körpüsü istifadəyə verilib. Yeni körpünün tikintisinə 5,8 milyon avro vəsaitin xərcləndiyi bildirilir. Hazırda körpünün ətrafında lazımi tikililərin tikintisi aparıldığına görə, bu körpüdən maksimum şəkildə istifadə olunmur. Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün təməli 25 yanvar 2022-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulub.
trend
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










