Astarada İran və Azərbaycan arasında yeni tranzit keçidinin açılışı olacaq
Xəbərlər
23 Dekabr 2023 08:50

Bu gün Azərbaycan-İran Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.
Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında xüsusilə iqtisadi, nəqliyyat və energetika və digər sahələrə dair müzakirə aparılıb.
Eləcə də Astarada yeni tranzit marşrutu və birgə bəndlər də daxil olmaqla ortaq layihələrin yekunlaşdırılmasının sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, tərəflər Azərbaycan-İran Dövlət Komissiyasının həmsədrlərinin iştirakı ilə yaxın vaxtlarda Astara sərhədində iki ölkə arasında yeni tranzit keçidinin açılması barədə razılığa gəliblər.
Oxunub : 768
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
ŞƏRH YAZ












