Asteroiddə ilk dəfə orqanik birləşmələr aşkar edilib

Yaponiyanın kosmik agentliyi (JAXA) İtokava adlı asteroidin nümunələrinin bir neçə illik müşahidələrinin nəticələrini təqdim edib. Agentliyin təmsilçilərinin sözlərinə əsasən asteroid həyatın yaranması üçün bütün şəraitlərə sahib olmaqdan əlavə milyardlarla il ərzində təkamül prosesindən də keçib. İnsan sivilizasiyası kosmosun mənimsənilməsi yolunun əvvəlindədir. Bu yolda atılan ilk addımlar çox çətindir və əldə olunmuş məlumatların effektiv analiz mexanizmlərinin yaradılması illər və hətta onilliklər ala bilər.
Bir neçə müddət bundan öncə Yaoniyanın kosmik agentliyi 2010-cu ildə İtokava adlı asteroidə yollanmış ilk Hayabusa adlı kosmik aparat barəsində maraqlı məlumatlar verib. Belə ki, alimlər bildiriblər ki, onlar asteroiddə orqanik birləşmələrin və suyun izlərini aşkar ediblər. Bununla belə əldə edilmiş nümunələr təkamül prosesindən keçiblər. Bu isə o deməkdir ki, orqanik həyat növü kosmosdakı şəraitə uyğunlaşmağa çalışb. Tədqiqatçılar güman edirlər ki, uzun müddət bundan öncə asteroid qızmaya və digər kosmik obyekt ilə toqquşma nəticəsində dağılmaya məruz qalıb.
Daha sonra İtokava rehidratasiya prosesi sayəsində yenidən birləşib. Bununla belə asteroid öz tərkibindəki nəmişliyi karbon ilə zəngin digər asteroiddən tozun qəbul olunması nəticəsində əldə etmiş ola bilər. Bu isə o deməkdir ki, S sinifinə daxil olan asteroidlər (silisium tərkibli asteroidlər) həyatın yaranması üçün lazım olan bütün komponentlərə sahibdirlər. Asteroidin 1 mikron ölçüsündə olan nümunəsi analiz olunandan sonra o, Amazonka adını əldə edib. Məlum olub ki, keçmişdə asteroid 600 dərəcə temperatura kimi qızıb. Lakin orqanik maddələr ilə kontakt qızma prosesindən sonra baş verib.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











