Atası uşağın paltarına qum və daş doldurub dənizə atıb - Sumqayıtdakı qətlin ŞOK DETALLARI

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin meyiti aşkarlanıb.
Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Lent.az hadisənin bəzi təfərrüatlarını əldə edib.
Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib.
Atası körpəni dənizdə boğmaq məqsədi ilə uşağın paltarlarına qum və daş doldurub və suya atıb. Nəticədə uşaq boğularaq ölüb.
Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirirlir.
_1711952874.jpeg)

Öldürülən uşaq

uşağın atası

uşağın atası

uşağın atası
***
saat 09:08
Xəbər verildiyi kimi martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












